- Almaniya B.L.
- 22:52 28.11.2026
“Bavariya”nın yarımmüdafiəçisi Tom Bişof Bundesliqanın 11-ci turunda “Hamburq”la qolsuz heç-heçə etdikləri qarşılaşmada qırmızı vərəqə alan Coşua Kimmixin komanda yoldaşlarına müraciət etdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Bişofun sözlərinə görə, almaniyalı futbolçu fasilədə komanda ilə söhbət edib, matçdan sonra isə fikirlərini bir daha bölüşüb.
“Coşua Manuel Noyer kimi komandamızın kapitanıdır. Fasilədə bizə çox şey dedi, oyundan sonra da bir neçə kəlmə əlavə etdi. Təbii ki, baş məşqçimiz də bizimlə ciddi söhbət apardı və düşünürəm ki, düzgün sözlər seçdi.
Bunu ikinci hissədəki oyunumuzdan da görmək mümkün idi. Azlıqda qalmağımıza baxmayaraq, istədiyimiz nəticəni əldə edə bilərdik. Hesab edirəm ki, Coşua hər zaman komandanın yanındadır. Eyni sözləri baş məşqçimiz haqqında da demək olar”, – deyə Bişofun sözlərini “iMiaSanMia” nəşri yayıb.
Qeyd edək ki, Kimmix görüşün 44-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. “Hamburq”la heç-heçədən sonra “Bavariya” 23 xalla Bundesliqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Münhen təmsilçisinin lider Dortmund “Borussiya”sından bir xal geri qalır. Dortmund klubunun isə ehtiyatda bir oyunu var.