28 noyabr 2026. Şənbə

Kompani “Bavariya”nın gənc futbolçusunun əvəzlənmə səbəbini açıqladı


Kompani “Bavariya”nın gənc futbolçusunun əvəzlənmə səbəbini açıqladı
Rəsmi

“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl Almaniya Bundesliqasının 11-ci turunda “Hamburq”la keçirilən qarşılaşmanın (0:0) ikinci hissəsinin əvvəlində əvəzlənib.

90deqiqe.Az-ın məlumatına görə,18 yaşlı futbolçunun meydanı tərk etməsinin zədə ilə əlaqəli olduğu ehtimal edilsə də, Münhen klubunun baş məşqçisi Vensan Kompani bu iddiaları təkzib edib.Mütəxəssis gənc oyunçunun əvəzlənməsinin əvvəlcədən planlaşdırıldığını bildirib:

“Lennart zədə səbəbindən əvəzlənmədi. Əvvəlcədən onun bu gün 90 dəqiqə meydanda qalmamasını planlaşdırmışdıq. Onun cəmi 18 yaşı var və bunu unutmamalıyıq”, – deyə Kompaninin sözlərini “The Touchline” nəşri yayıb.

Qeyd edək ki, Lennart Karl cari mövsümdə bütün turnirlərdə 17 oyunda iştirak edib. Almaniyalı yarımmüdafiəçi bu görüşlərdə üç qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniya millisinin üzvünün “Bavariya” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Almaniya B.L.