28 noyabr 2026. Şənbə

“Ştutqart” iki dəfə önə keçdi, “Ayntraxt” məğlubiyyətdən qaçdı


“Ştutqart” iki dəfə önə keçdi, “Ayntraxt” məğlubiyyətdən qaçdı

Almaniya Bundesliqasının 11-ci turunda “Ştutqart” və “Ayntraxt” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın ilk hissəsi kifayət qədər gərgin mübarizə ilə yadda qalıb. Uzun müddət hesabı açmaq mümkün olmasa da, 42-ci dəqiqədə Qrişa Premel “Ştutqart”ı hesabda önə keçirib.

Lakin meydan sahibləri üstünlüyünü fasiləyədək qoruya bilməyiblər. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Ansgar Knauff hesabı bərabərləşdirib – 1:1.

İkinci hissəyə də fəal başlayan “Ştutqart” 53-cü dəqiqədə Luka Hakessin qolu ilə yenidən hesabda önə keçib. Bununla belə, Frankfurt təmsilçisi tezliklə cavab qolunu vurub. 62-ci dəqiqədə Yunes Ebnutalib fərqlənərək hesabı 2:2-yə çatdırıb.

Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qazanmaq üçün cəhdlər göstərsə də, hesab dəyişməyib və tərəflər hərəyə bir xalla kifayətləniblər.







Almaniya B.L.