- Almaniya B.L.
- 22:46 29.11.2026
“Bavariya”nın qapıçısı Manuel Noyer cari mövsümün sonunda futbolçu karyerasını başa vurmağı planlaşdırdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, almaniyalı qolkiper azarkeşlərlə görüşü zamanı gələcək planları barədə danışıb.
“Ehtimal edirəm ki, qarşıdakı yaydan sonra artıq futbol oynamayacağam. Hazırda karyeramın qalan hissəsindən zövq almağa çalışıram”, – deyə Noyerin sözlərini jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında paylaşıb.
Manuel Noyer “Bavariya”nın heyətində 13 dəfə Almaniya çempionu olub. O, həmçinin səkkiz dəfə Almaniya Superkubokunu, altı dəfə ölkə kubokunu qazanıb. Qapıçının aktivində Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatı üzrə hərəyə iki titul da var.