- Almaniya B.L.
- 22:46 29.11.2026
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Konrad Laymer zədələnərək qeyri-müəyyən müddətə yaşıl meydanlardan kənarda qalıb.
90deqiqe.Az xəbər verir ki, Münhen təmsilçisi futbolçunun səhhəti ilə bağlı rəsmi məlumat yayıb.
Klubun açıqlamasına əsasən, futbolçunun sağ ayaq biləyində uzun incik əzələsinin vətərinin çıxığı müəyyən edilib. Laymerin əməliyyat olunmasına ehtiyac var. Bu səbəbdən onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Avstriyalı müdafiəçi Bundesliqanın XI turunda “Hamburq”la keçirilən və qolsuz heç-heçə ilə başa çatan (0:0) qarşılaşmada zədələnib. Matçın 52-ci dəqiqəsində meydana daxil olan Laymer 87-ci dəqiqədə oyunu tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə verib. Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı müdafiəçinin bazar dəyərini 32 milyon avro qiymətləndirir.