- Almaniya B.L.
- 22:46 29.11.2026
“Verder”in mərkəz hücumçusu Niklas FüllkruqBundesliqanın XI turunda Mönxenqladbax “Borussiya”sı ilə keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmada tarixi nailiyyətə imza atıb.
90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçu matçın son dəqiqəsində akrobatik zərbə ilə rəqib qapısına yol tapıb. Bununla da o, Bundesliqanın ilk 11 turunda vurduğu qolların sayını 11-ə çatdıraraq əvvəllər Miroslav Klozeyə məxsus olan rekordu təkrarlayıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze də 2005/2006 mövsümündə “Verder”in formasını geyinərkən çempionatın ilk 11 turunda 11 qol vurub.
Beləliklə, Füllkruq növbəti turda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşmada fərqlənəcəyi təqdirdə, Bundesliqanın ilk 11 turundan sonra ən çox qol vuran futbolçu rekordunun mütləq sahibi ola bilər.