- Almaniya B.L.
- 22:46 29.11.2026
Almaniya Bundesliqasının XI turunda “Auqsburq” səfərdə “Hoffenhaym”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 12-ci dəqiqədə Yann Nik Kaytelin qolu ilə açılıb. 23-cü dəqiqədə Fabian Rider fərqi iki topa çatdırıb. 34-cü dəqiqədə isə Marius Volf “Auqsburq”un üçüncü qolunu vurub.
Qarşılaşmanın 20-ci dəqiqəsində Mats Rotsun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması “Hoffenhaym”ın vəziyyətini daha da çətinləşdirib. Rəqibin say üstünlüyündən yararlanan qonaqlar ilk hissənin əlavə olunmuş 45+7-ci dəqiqəsində daha bir qol vurublar. Bu dəfə Cuma Ba fərqlənib.
İkinci hissədə hesab dəyişməyib və “Auqsburq” səfərdə inamlı qələbə qazanıb.