5 dekabr 2025. Cümə

Bavariya Kovaçı göndərdi


Bavariya Kovaçı göndərdi

Bavariya baş məşqçisi Niko Kovaçla yolları ayırıb.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın Bundesliqanın 10-cu turunda səfərdə "Ayntraxt"a 1:5 hesabı ilə məğlub olmasından sonra bu qərar verilib. Münhen təmsilçisini  Çempionlar Liqasında "Olimpiakos" və Bundesliqada "Borussiya" ilə oyunlara Kovaçın köməkçisi Hans Flikin çıxaracağı bildirilib.

Qeyd edək ki,  komanda hazırda ölkə çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, N.Kovaç 2018-ci ildən "Bavariya"nı çalışdırırdı.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə