- Almaniya B.L.
- 15:08 21.11.2024
Bavariya klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge Bundesliqanın 11-ci turu çərçivəsində keçirilən “Borussiya Dortmund" ilə matçdan (4:0) sonra baş məşqçi məsələsi ilə bağlı açıqlama verib.
Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı klub rəsmisi, bunları söyləyib:
“Yolumuza hələ ki, Hansi Fliklə davam edəcəyik. O, bu oyunda öz işini mükəmməl şəkildə göstərdi. Onunla davam etmək niyyətindəyik.
Arsen Vengerə hörmət edirəm. Onu hirsləndirmək istəmirəm, zəng vurub, məsələni izah edəcəyik”.
Qeyd edək ki, Niko Kovaçın istefasından sonra Münhen klubunun baş məşqçi postu xorvatiyalı mütəxəssisin köməkçisi Flikə tapşırılıb.