21 iyun 2026. Bazar günü

Ayntraxt'ın kapitanı 7 həftəlik cəzalandırıldı


Ayntraxt'ın kapitanı 7 həftəlik cəzalandırıldı

Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Ayntraxt”ın kapitanı David Abrahaamı 7 həftəlik cəzalandırıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin noybarın 10-da səfərdə “Frayburq”a 0:1 hesabı ilə məğlub olduqları Bundesliqanın XI tur matçının 90+5-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxdıqdan sonra qırmızı vərəqə almasıdır.

Cəzası dekabrın 29-da başa çatacaq argentinalı futbolçu ili erkən başa vurub. O, həmçinin 25 min avro məbləğində cərimə də ödəyəcək.

Qeyd edək ki, “Ayntraxt” 11 turdan sonra 17 xalla 9-cu pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər