5 dekabr 2025. Cümə

Ən yaxşı oyunumu hələ göstərməmişəm - Levandovski


Ən yaxşı oyunumu hələ göstərməmişəm - Levandovski

"Bavariya"nın futbolçusu Robert Levadovski bu mövsümkü uğurlu çıxışı barədə danışıb.

Corner.az-ın "Sport Bild"ə istinadən xəbərinə görə, o, bu formada olmaq üçün çox çalışdığını deyib: "Hazırda hər şey əladır, özümü çox yaxşı hiss edirəm. Bu vəziyyətdə olmaq gözəldir, amma dayanmayacağam. Daha da yaxşısını etmək istəyirəm".

Polşalı hücumçu özünü hazırkı yaşından daha gənc hiss etdiyini söyləyib: "31 yaşım var, amma mən özümü daha gənc hiss edirəm. Ən gözəl vaxtım indi başlayır və ümid edirəm ki, bir neçə il də bu cür davam edəcəyəm. Ən yaxşı oyunumu hələ göstərməmişəm".

Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 11 matçda 16 qol vurub.(qol)







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə