23 oktyabr 2024. Çərşənbə

Nazarov qol vurdu, komandası uddu


Nazarov qol vurdu, komandası uddu
Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” klubu da növbəti oyununa çıxıb.
 
Aue təmsilçisi doğma meydanında “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 80-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da Nazarov qeyd edib. O, 24-cü dəqiqədə penaltidən fərqlənib. Bununla da yarımmüdafiəçi cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.
 
“Ersgebirge”  14 turdan sonra 23 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu