21 iyun 2026. Bazar günü

Dadaşovun baş məşqçisi qovuldu


Dadaşovun baş məşqçisi qovuldu
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” klubu baş məşqçisi Sven Hübşeri istefaya göndərilib.

Corner.az xəbər verir ki, bu barədə 3-cü Bundesliqa klubunun baş direktoru Malte Metselder “Sport.de”yə açıqlamasında məlumat verib.

O, baş məşqçi ilə yanaşı, köməkçisi Tobias Helviqin də müqaviləsinə xitam verildiyini bildirib: “Nə qədər çətin olsa da, hər iki məşqçi ilə vidalaşmağın yeganə çıxış yolu budur. Hər ikisi bütün gücünü klubun yolunda qoydu. Buna baxmayaraq, uzun müddət davam edən uğursuz seriyaya görə addım atmalı idik”.

"Proyssen"i müvəqqəti olaraq klubun U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq.

Qeyd edək ki, "Proyssen" 17 oyundan sonra 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər