23 oktyabr 2024. Çərşənbə

APOEL baş məşqçisini istefaya göndərdi


  • Avroliqa
  • 10:07 10.12.2019
  • Oxunma sayı: 397
APOEL baş məşqçisini istefaya göndərdi

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Onun müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos\a 0:2 hesabı ilə məğlub olmasından sonra bu qərarın verildiyini yazıb.

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Əlavə edək ki, T.Doll bu ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi