5 dekabr 2025. Cümə

Əliyar Ağayev Dinamo Kiyevin oyununa təyinat aldı


  • Avroliqa
  • 16:39 10.12.2019
  • Oxunma sayı: 476
Əliyar Ağayev Dinamo Kiyevin oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
 
Corner.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, o, “Dinamo” (Ukrayna, Kiyev) – “Lugano” (İsveçrə) oyununun baş hakimi  olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş dekabrın 12-də Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək.







Avroliqa