29 yanvar 2026. Cümə axşamı

Qarabağ Avroliqaya heç-heçəylə vida etdi


  • Avroliqa
  • 23:56 12.12.2019
  • Oxunma sayı: 451
Qarabağ Avroliqaya heç-heçəylə vida etdi
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Corner.az xəbər verir ki,  bu turnirdəki ölkəmizin yeganə təmsilçisi “Qarabağ” da sonuncu matçına çıxıb.
 
Ağdam klubu öz doğma meydanında  Lüksemburq təmsilçisi "Düdelanj"ı qəbul edib. Qurban Qurbanovun komandası bu rəqibinə səfərdə 4:1 hesabıyla qalib gəlmişdi. Azərbaycan çempionu qrup mərhələsini üçüncü pillədə başa vurmaq üçün bu rəqibinə doğma meydanda da qalib gəlməsi lazım idi. Amma təmsilçimiz bu oyunda gözlənilən oyunu sərgiləyə bilməyib. İkinci hissə başlayan kimi azlıqda qalan Ağdam klubu məğlubiyyətdən son anda xilas olub.
 
A qrupunun digər oyununda isə artıq pley-offa vəsiqəni təmin etmiş İspaniyanın “Sevilya” və Kiprin APOEL klubu üz-üzə gəlib. Kiprlilər doğma meydanda minimal hesabla qələbə qazanıblar - 1:0.
 
Avropa Liqası
A qrupu
12 dekabr
 
Qarabağ - Düdelanj 1:1
Qol: M.Qeye, 90+1 - S.Buqren, 63.
Qırmızı vərəqə: Q.Qarayev, 46 (ikinci sarı).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.. Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).






Avroliqa