- Avroliqa
- 21:18 12.12.2025
Avropa Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Corner.az-ın məlumatına görə, iddialılar sırasına 4 oyunçu daxil edilib. Bunlar "Vulverhempton"un forvardı Dioqu Jota, "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud, "Renn"in müdafiəçisi Joris Nyanyon və "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakadır.
Jota Türkiyə "Beşiktaş"ı ilə VI tur matçında (4:0) het-trik, Qrinvud Hollandiya AZ-si ilə (4:0), Nyanyon İtaliya "Latsio"su ilə qarşılaşmada (2:0) dubl edib. Saka isə Belçika Standard"ı ilə görüşdə (2:2) fərqlənib.
Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.