23 oktyabr 2024. Çərşənbə

Qarabağ'dan heç kim bunu gözləmirdi – Oblak


  • Avroliqa
  • 12:05 19.12.2019
  • Oxunma sayı: 500
Qarabağ'dan heç kim bunu gözləmirdi – Oblak

 “Atletiko Madridin qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışıb.

Corner.az xəbər verir ki, 26 yaşlı qapıçı 2017/18 mövsümündə Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri matçları təəssüflə xatırlayıb.

“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq. “Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik” – deyə Oblak bildirib.

Bununla belə, sloveniyalı qolkiper həmin mövsümdə Avropa Liqasının qalibi olmalarını və La Liqada ikinci yeri tutmalarını müsbət məqam kimi qeyd edib.(qol)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi