23 oktyabr 2024. Çərşənbə

UEFA Qarabağ'ın gəlirlərini açıqladı


  • Avroliqa
  • 15:10 20.12.2019
  • Oxunma sayı: 496
UEFA Qarabağ'ın gəlirlərini açıqladı

UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların da gəlirlərini açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın ümumi gəliri 4 milyon, 847 min, 954 avro olub.

Bu məbləğin 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə, qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqdən bağlı əldə edilib.

Xatırladaq ki, "Qarabağ" ötən mövsüm "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda mübarizə aparıb. Ağdam klubu Ukraynada "Vorskla"nı məğlub edib, digər 5 görüşdə isə uduzub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi