23 oktyabr 2024. Çərşənbə

UEFA-dan Sxadadzenin komandasına ağır cəza - Avrokuboklardan kənarlaşdırıldı


  • Avroliqa
  • 18:24 24.12.2019
  • Oxunma sayı: 596
UEFA-dan Sxadadzenin komandasına ağır cəza - Avrokuboklardan kənarlaşdırıldı
UEFA Qazaxıstanın "Ordabası" klubunu cəzalandırıb.

Corner.az xəbər verir ki, qurum maliyyə "fair play" qaydalarına əməl etməyən klubu 2020/2021 və 2021/2022 mövsümündə avrokuboklarda iştirak etməsinə qadağa qoyub.  Klub eyni zamanda 100 min avro cərimələnib.

Şimkənt təmsilçisi gələn il yanvarın 31-dək borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq.

Xatırladaq ki, "Ordabası"nın baş məşqçisi 2009-2015-ci illərdə "İnter"i (hazırkı "Keşlə) çalışdırmış Kaxaber Sxadadzedir.(qol)





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi