23 oktyabr 2024. Çərşənbə

UEFA Qazaxıstan klubunu avrokuboklardan uzaqlaşdırdı


  • Avroliqa
  • 23:13 26.12.2019
  • Oxunma sayı: 417
UEFA Qazaxıstan klubunu avrokuboklardan uzaqlaşdırdı
UEFA Qazaxıstanın “Ordabası” klubunu avrokuboklardan kənarlaşdırıb.

Corner.az xəbər verir ki, sözügedən komandanın bu qərarla üzləşməsinə səbəb maliyyə feyr-pleyi qaydalarına əməl etməməsi olub.
 
Bu səbəbdən “Ordabası” 2020/21 və 2021/22 mövsümündə avrokuboklara vəsiqə qazansa da belə, iştirak edə bilməyəcək. Ancaq bu cəzanın ləğvi üçün Qazaxıstan klubuna 2020-ci ilin 31 yanvar tarixinə qədər vaxt da verilib. Bu müddət ərzində klub bütün borclarını ödəyəcəyi halda, UEFA tərəfindən verilən cəza qüvvədən düşəcək.
 
Qitə futbol qurumu əlavə olaraq “Ordabası”nı 100 min avro məbləğində cərimə də edib.
 
UEFA “Ordabası” ilə yanaşı, “Olimpiya” (Sloveniya) və “Srvena Zvezda”nı (Serbiya) da cəzalandırıb. “Olimpiya” 75, “Srvena Zvezda” 50 min avro cərimələnib.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi