23 oktyabr 2024. Çərşənbə

Tottenhem TOP-10-u açıqladı – Qarabağ'la oyun da var


  • Avroliqa
  • 15:19 28.12.2019
  • Oxunma sayı: 504
Tottenhem TOP-10-u açıqladı – Qarabağ'la oyun da var

“Tottenhem” klubunun rəsmi saytı əsas komandanın son 10 mövsümdə hər mövsüm üçün 10 ən yaxşı oyununun siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, komandanın 2015/16 mövsümündəki ən yaddaqalan 10 matçı sırasında “Qarabağ”a qarşı keçirilən Avropa Liqasının qrup mərhələsinin ilk görüşü də yer alıb.

2015-ci ilin sentyabrın 17-də Londonda keçirilən bu qarşılaşmada “Tottenhem” 3:1 hesabı ilə qələbə qazanıb. Londonlular bu oyunu ona görə TOP-10 matçlar sırasına daxil edib ki, komandanın hazırkı ulduzlarından olan Son Hın Min bu görüşdə ev debütü edib və 2 qol vurub.

Xatırladaq ki, həmin oyunda hesabı 7-ci dəqiqədə penalti ilə “Qarabağ” açıb (Riçard Almeyda). 28 və 30-cu dəqiqədə Son Hın Min, 86-cı dəqiqədə isə Erik Lamelanın qolu sayəsində yerli komanda 3:1 hesabı ilə qələbə qazanıb.

“Tottenhem” Bakıdakı oyunda da Ağdam klubuna qalib gələ bilib (1:0).(qol)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi