21 mart 2026. Şənbə

UEFA Qarabağ'a ödəniş etdi


  • Avroliqa
  • 15:30 16.01.2020
  • Oxunma sayı: 469
UEFA Qarabağ'a ödəniş etdi

UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə uyğun olaraq "Qarabağ"ın hesabına pul köçürülüb.

Corner.az xəbər verir ki, qitə futbol qurumu vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan çempionunun hesabına köçürüb.

"Qarabağ" 1 heç-heçəyə görə 190 min avro, əlavə bonusların paylanmasına görə isə 70 min 500 avro gəlir götürüb.

Yəni Ağdam təmsilçisi ümumilikdə 260 min 500 avro qazanıb.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"