29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin ən yaxşısı seçildi


  • Avroliqa
  • 23:33 21.02.2020
  • Oxunma sayı: 427
AL-da həftənin ən yaxşısı seçildi
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunlarının ən yaxşısı “Vulverhempton”un hücumçusu Dioqo Jota seçilib.
 
23 yaşlı futbolçu qurumun rəsmi saytında keçirilən səsvermədə  Yanis Haci (“Reyncers”), Lusiano Vietto (“Sportinq”) və Daiçi Kamadanı (“Ayntraxt”) üstələyib.
 
Qeyd edək ki, Jota  Avroliqanın 1/16 final mərhələsində "Espanyol"a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.






Avroliqa