5 dekabr 2025. Cümə

Avropa Liqasının oyunu təxirə salındı


  • Avroliqa
  • 18:44 27.02.2020
  • Oxunma sayı: 424
Avropa Liqasının oyunu təxirə salındı

Avropa Liqasının 1/16 final mərhələsində bu gün "Zalsburq"la "Ayntraxt"arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna fırtına xəbərdarlığı səbəb olub.

Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.







Avroliqa