- Avroliqa
- 01:59 28.11.2025
“Arsenal”ın baş məşqçi Mikel Arteta Avroliqanın 1/16 final mərhələsində "Olimpiakos"a məğlub olduqları matçı (1:2) şərh edib.
Corner.az xəbər verir ki, 37 yaşlı mütəxəssis, Avropa Liqasının özləri üçün vacib olduğunu bildirib:
“Həqiqətən çox məyusuq.Avropa Liqası bizim üçün çox vacib idi. Bütün gücümüzü ancaq müdafiə olunan rəqibə qarşı sərf etdik. 10 nəfərə qarşı hücum etmək asan deyil. Son beş dəqiqədə oyuna daha yaxşı nəzarət etməliydik. Futbolçularımın görüşə rahat çıxdığını düşünmürəm. Oyunun çətin keçəcəyi məlum idi. Belə bir nəticə böyük bir xəyal qırıqlığıdır. Ancaq mən yenə də futbolçularımla fəxr edirəm. Onların mübarizəsindən razıyam”.
Qeyd edək ki, “Arsenal” səfərdə “Olimpiakos”ı 1:0 hesabı ilə məğlub etsə də, evdə rəqibinə 1:3 uduzaraq mübarizəni dayandırıb.