5 dekabr 2025. Cümə

Özümü çox pis hiss edirəm - Obameyanq


  • Avroliqa
  • 12:53 28.02.2020
  • Oxunma sayı: 429
Özümü çox pis hiss edirəm - Obameyanq

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasının 1/16 final mərhələsinin cavab qarşılaşmasında "Olimpiakos"a qarşı məğlubiyyəti (1:2) şərh edib.

Corner.az xəbər verir ki, qabonlu futbolçu nəticədən məyus olduqlarını bildirib:

“Bu çox kədərlidir, nəsə demək olmur. Çox gərgin və çətin oyun keçirdik. Son dəqiqələrdə vurulan bizim qol bizim şok oldu. Özümü çox pis hiss edirəm. Yorğunluq və zədəm var idi. Ancaq bunu bəhanə edə bilmərəm. “Olimpiakos”a qarşı oynamaq asan deyildi. Çox geriyə çəkilmişdilər. Aqressin çıxış etdilər və boş yerlər tapa bilmədik. Artıq edəcək bir şey yoxdur. Bundan sonra çempionatdakı oyunumuzu inkişaf etdirməli və mümkün qədər daha çox qələbə qazanmağa çalışacağıq”.(matc)







Avroliqa