- Avroliqa
- 15:52 28.01.2026
Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub.
Corner.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra siyahı yenilənib.
Ölkəmiz olduğu kimi, 26-cı yerdə qərarlaşıb. Son 5 ilin nəticələrinə görə 18,750 xalı Azərbaycan ən yaxın izləyicisi Bolqarıstandan 1,375 xal öndədir. Ölkəmiz 25-ci olan Belarusdan isə 0,125 xal geri qalıb.
Qeyd edək ki, İspaniya 98,997 xalla siyahıda birincidir.