22 aprel 2026. Çərşənbə

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı


  • Avroliqa
  • 16:23 28.02.2020
  • Oxunma sayı: 648
Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Bu turnirdə Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" isə "Olimpiakos"la ilə üz-üzə gələcək. 

1/8 final mərhələsində görüşəcəklər:

"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"