Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, mərhələnin sonuncu qarşılaşmasında “Zalsburq” öz meydanında “Ayntraxt Frankfurt"u qəbul edib.
İlk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. Cavab görüşündə isə qalib müəyyənləşməyib. Beləliklə, “Ayntraxt” sonuncu 1/8 finalçı olub.
Almaniya təmsilçisi 1/8 finalda “Bazel” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
1/16 finalın cavab oyunu
28 fevral
Zalsburq (Avstriya) – Ayntraxt (Almaniya) 2:2
Qol: Ulmer, 10. Onquene, 72 – A.Silva, 30; 83.