Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, bu ada “Espanyol”un hücumçusu Conatan Kalyeri layiq görülüb. Argentinalı futbolçu “Vulverhempton”u 3:2 hesabıyla məğlub etdikləri oyunda het-trikə imza atıb.
Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Fred (“Mançester Yunayted”), Edin Vişça (“Başakşəhər”) və Kay Haverts (“Bayer”) idi.