22 aprel 2026. Çərşənbə

Başakşəhərin Avroliqa oyunu azarkeşsiz keçiriləcək


  • Avroliqa
  • 17:50 06.03.2020
  • Oxunma sayı: 467
Başakşəhərin Avroliqa oyunu azarkeşsiz keçiriləcək
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz oynanılacaq.

Corner.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb. Koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərar verilib.

"Kopenhagen"  - "Başakşehir" matçı martın 12-də Kopenhagendə olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya” - "Atalanta" və Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" - "Xetafe" oyunları da eyni səbəbdən azarkeşsiz keçiriləcək.





Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"