29 yanvar 2026. Cümə axşamı

Roma Sevilyaya gedə bilmədi


  • Avroliqa
  • 17:00 11.03.2020
  • Oxunma sayı: 453
Roma Sevilyaya gedə bilmədi

Martın 12-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan "Roma" klubu İspaniyaya yola düşə bilməyib.

Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi verməyəcəyini açıqlaması  olub.

Qeyd edək ki, "Sevilya" - "Roma" görüşü Bakı vaxtı ilə 21:55-də start götürməlidir.







Avroliqa