18 sentyabr 2026. Cümə

Avroliqada daha bir oyun azarkeşsiz keçiriləcək


  • Avroliqa
  • 22:38 11.03.2020
  • Oxunma sayı: 446
Avroliqada daha bir oyun azarkeşsiz keçiriləcək

Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" (Leverkuzen) - "Reyncers" cavab oyunu azarkeşsiz keçiriləcək.

Corner.az Şotlandiya klubunun saytına istinadən xəbər verir ki, koronavirusun yayılması təhlükəsi səbəbindən bu qərar verilib.

Qeyd edək ki, sözügedən görüş martın 19-u baş tutacaq. Bu komandalar arasında ilk matç isə martın 12-i keçiriləcək.







Avroliqa