23 oktyabr 2024. Çərşənbə

UEFA İnter və Roma'dan AL-dan çıxmalarını xahiş etdi


  • Avroliqa
  • 16:00 12.03.2020
  • Oxunma sayı: 421
UEFA İnter və Roma'dan AL-dan çıxmalarını xahiş etdi

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. O, hesab edir ki, yarışın vaxtında bitməsi AVRO-2020-nin planlaşdırıldığı kimi bu yay keçirilməsinə kömək edəcək. Həmçinin qitə futbol qurumunun prezidenti İspaniya hökumətinin məsuliyyəti öz üzərinə götürdüyünü nəzərə alaraq, onları turnirdən kənarlaşdırılmayacaqlarına inandırmağa çalışıb. Amma İtaliya nəhənglərinin bu təklifdən imtina etdiyi iddia olunur.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi