23 oktyabr 2024. Çərşənbə

Başakşəhər'dən qələbə, Mançester Yunayted'dən darmadağın


  • Avroliqa
  • 08:58 13.03.2020
  • Oxunma sayı: 492
Başakşəhər'dən qələbə, Mançester Yunayted'dən darmadağın
Avroliqada 1/8 final mərhələsinin oyunlarına start verilib.

Corner.az xəbər verir ki, bu gün 6 qarşılaşma keçirilib.
 
Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” öz meydanında “Kopenhagen”i qəbul edib və minimal hesabla qələbə qazanıb. “Mançester Yunayted” səfərdə LASK-a 5 cavabsız qolla qalib gəlib. “Olimpiakos” evdə “Vulverhempton”la heç-heçə edib.
 
“Ayntraxt”ın qonağı olan “Bazel” inamlı qələbə qazanıb. “Volfsburq” da “Şaxtyor”la ev oyununda məğlub olub. “Bayer” isə Qlazqoda “Reyncers”in qonağı olub və inamlı qələbə qazanıb.
 
"İnter" - "Xetafe" və "Sevilya" - "Roma" görüşləri koronavirus epidemiyasının İtaliyada yayılması ucbatından təxirə salınıb.
 
Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.
 
Avroliqa, 1/8 final, ilk oyunlar
 
 
“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) 0:3
QolKampo, 27. Bua, 73. Frey, 85.
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium
 
“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: Vişça, 8-pen.
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu
 
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) 0:5
Qolİqalo, 28. Ceyms, 58. Mata, 82. Qrinvud, 90+2. A.Pereyra, 90+3.
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium
 
“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) 1:1
Qol: Əl Arabi, 54 – Neto, 67.
Baş hakim: Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu
 
“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) 1:3
Qol: Edmundsson, 75 – Haverts, 37. Aranquiz, 67. Beyli, 88.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu
 
“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) 1:2
QolBruks, 48 – Moraes, 17. Antonio, 73.
Baş hakim: Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi