5 dekabr 2025. Cümə

UEFA polisi itələyən futbolçunu cəzalandırdı


  • Avroliqa
  • 23:33 15.04.2020
  • Oxunma sayı: 389
UEFA polisi itələyən futbolçunu cəzalandırdı

"Kopenhagen"in futbolçusu Maykl Santosun Avropa Liqasının 1/16 final mərhələsinin "Seltik"i ilə cavab matçında (3:1) etdiyi hərəkət cəzasız qalmayıb.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi sözügedən qarşılaşmada polis işçisini itələyən uruqvaylı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Paytaxt təmsilçisinin qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, "Seltik"lə matçda Maykl Santos komandasının vurduğu 2-ci qolu qeyd edərkən onu sakitləşdirməyə çalışan polisi itələyib.








Avroliqa