23 oktyabr 2024. Çərşənbə

Avropa Liqasının yarımfinalları İstanbulda keçirilə bilər


  • Avroliqa
  • 14:11 07.05.2020
  • Oxunma sayı: 325
Avropa Liqasının yarımfinalları İstanbulda keçirilə bilər

Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib. 

Corner.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, qurum TFF-yə "turnirin yarımfinallarını da keçirmək üçün hazırsınızmı" deyə müraciət edib. 

Federasiya isə öz növbəsində müsbət cavab verib və heç bir problemin olmayacağını vurğulayıb. 

O da bildirilir ki, UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür. 

Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi qeyd olunub.  

Qeyd edək ki, Çempionlar Liqasının finalı avqustun 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqasının həlledici qarşılaşmasının isə avqustun 26-da və ya 27-də Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulub.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi