23 oktyabr 2024. Çərşənbə

Avroliqanın bərpa tarixi açıqlandı


  • Avroliqa
  • 16:33 09.05.2020
  • Oxunma sayı: 355
Avroliqanın bərpa tarixi açıqlandı

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.

Corner.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres açıqlama verib.

O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları "İnter" ilə ilk matç avqustun 2-də və ya 3-də səfərdə boş tribunalar qarşısında keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda olacağını söyləyib.

Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi