21 mart 2026. Şənbə

UEFA ukraynalı hücumçunu cəzalandırdı


  • Avroliqa
  • 23:21 13.05.2020
  • Oxunma sayı: 422
UEFA ukraynalı hücumçunu cəzalandırdı
UEFA Ukraynanın “Dinamo Kiyev" klubunun hücumçusu Artyom Besedini cəzalandırıb.
 
Corner.az xəbər verir ki, qitə futbol qurumu sözügedən futbolçunu 1 illik diskvalifikasiya edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, cəzaya səbəb Besedində dopinqin aşkarlanması olub. Belə ki, Avropa Liqası çərçivəsində İsveçin “Malmö” klubu ilə oyundan sonra sözügedən oyunçudan götürülən analizlərin nəticəsi müsbət olub.
 
“Dinamo”nun öz yetirməsi olan Besedin həm də Ukrayna yığmasının üzvüdü. 24 yaşlı futbolçu millidə 12 oyuna çıxıb, 2 qola imza atıb.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"