21 mart 2026. Şənbə

UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir


  • Avroliqa
  • 17:05 29.05.2020
  • Oxunma sayı: 364
UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir

"UEFA-nın fikri budur ki, Çempionlar Liqası və Avropa Liqası 1/4 final mərhələsindən başlayaraq bir oyundan ibarət olsun və bir şəhərdə keçirilsin". 

Corner.az-ın məlumatına görə, bu sözü "Xetafe" klubunun prezidenti Anhel Torres "Marca"ya açıqlamasında deyib.

O bildirib ki, hələlik qərar rəsmən təsdiqlənməyib. Torres UEFA İcraiyyə Komitəsinin iyunun 17-də avrokuboklar barədə qərar verməli olduğunu xatırladıb. 

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. "Xetafe" Avropa Liqasının 1/8 finalında İtaliyanın "İnter" klubu ilə qarşılaşmalıdır.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"