5 dekabr 2025. Cümə

AL-da son 50 ilin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI


  • Avroliqa
  • 16:21 04.06.2020
  • Oxunma sayı: 513
AL-da son 50 ilin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI

UEFA Avropa Liqasında 1971-2020-ci illər üçün reytinq cədvəlini açıqlayıb.

Corner.az-ın məlumatına görə, son 50 illiyin siyahısında Azərbaycanın 16 klubu yer alıb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

Aktivində 34 xalı olan "Neftçi" 216-cıdır. Azərbaycan təmsilçiləri arasında ilk "3-lüy"ü "Qəbələ" (27 xal) tamamlayır. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidir.

Digər komandaların sıralaması isə aşağıdakı kimidir:

1) 118. "Qarabağ" - 69 xal

2) 216. "Neftçi" - 34 xal

3) 248. "Qəbələ" - 27 xal

4) 471. "Xəzər Lənkəran" - 10 xal

5) 601. "Zirə" - 5 xal

6) 606. "Karvan" - 5 xal

7) 631. "Bakı" - 5 xal

8) 715. "Kəpəz" - 3 xal

9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

10) 819. "MKT Araz" - 1 xal

11) 861. "Xəzri Buzovna" - 1 xal

12) 876. "Səbail" - xalı yoxdur

13) 902. "Simurq" - xalı yoxdur

14) 939. "Turan" - xalı yoxdur

15) 940. "Şəfa" - xalı yoxdur

16) 950 "Şəmkir" - xalı yoxdur








Avroliqa