29 yanvar 2026. Cümə axşamı

AL-nın oyunları Almaniyada keçirilə bilər


  • Avroliqa
  • 10:16 11.06.2020
  • Oxunma sayı: 337
AL-nın oyunları Almaniyada keçirilə bilər

Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər. 

Corner.az ESPN kanalına istinadən xəbər verir ki, yarış Frankfurtda mini-turnir şəklində olacaq. Şəhərdə lazımı infrastruktur var və 8 komandanın burada yerləşməsi mümkündür. 

Avropa Liqası 1/8 final mərhələsində dayandırılıb. Demək olar ki, bütün komandalar ilk oyunlarını keçiriblər. Yalnız "İnter" ilə "Xetafe" üz-üzə gəlməyib. 

Qeyd edək ki, Çempionlar Liqası oyunlarının Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. UEFA avrokuboklarla bağlı qərarı iyunun 17-də İcraiyyə Komitəsinin iclasında açıqlayacaq. (report)







Avroliqa