29 yanvar 2026. Cümə axşamı

AL-nın finalı Köln şəhərində keçiriləcək


  • Avroliqa
  • 17:59 16.06.2020
  • Oxunma sayı: 373
AL-nın finalı Köln şəhərində keçiriləcək

Avropa Liqasının finalı Almaniyanın Köln şəhərində olacaq. 

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, həlledici qarşılaşma "Reyn Energi" stadionunda baş tutacaq. 

Daha əvvəl turnirin qalan oyunlarının Almaniyanın Köln, Düsseldorf, Duysburq və Helzenkirhen şəhərlərində keçiriləcəyi bildirilib. 

Qeyd edək ki, avrokubokların dəqiq tarixi, yeri və formatı ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyulun 17 və 18-də keçiriləcək iclasında qəbul olunacaq.







Avroliqa