29 yanvar 2026. Cümə axşamı

Sumqayıt tarixində ilk dəfə Avropa kubokunda


  • Avroliqa
  • 15:08 18.06.2020
  • Oxunma sayı: 429
Sumqayıt tarixində ilk dəfə Avropa kubokunda

AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycanda futbol mövsümü dayandırılıb.

Corner.az xəbər verir ki, bu mövsüm kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə “Sumqayıt”a qismət olub. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqada 4-cü yeri tutduğu üçün bu şansı qazanıb.

Əlavə edək ki, “Sumqayıt” tarixində ilk dəfə olaraq Avropa kuboklarında iştirak hüququ əldə edib.

Xatırladaq ki, “Sumqayıt”la yanaşı 2020/21 mövsümündə AL-də ölkəmizi “Neftçi” və “Keşlə”, Çempionlar Liqasında isə “Qarabağ” təmsil edəcək.







Avroliqa