23 oktyabr 2024. Çərşənbə

Başakşəhər Avroliqayla vidalaşdı


  • Avroliqa
  • 01:40 06.08.2020
  • Oxunma sayı: 351
Başakşəhər Avroliqayla vidalaşdı
Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına bu gün start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
 
 “Kopenhagen” klubu öz meydanında “Başakşəhər”i qəbul edib. Tərəflər arasındakı ilk oyunda danimarkalılar minimal hesabla uduzmuşdu. Cavab qarşılaşmasında isə “Kopenhagen” darmadağınla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
 
Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”, bu dəfə rəqibi öz meydanında qəbul edib. Bu qarşılaşmada da “qırmızı şeytanlar” inamlı qələbə qazanıb
 
“İnter” isə “Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İtaliya təmsilçisi inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
 
“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Komandalar arasındakı ilk oyunda Donetsk təmsilçisi 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə almanlar daha böyük hesabla məğlub olublar.
 
1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası
1/8 final

5 avqust

“Kopenhagen” – “Başakşəhər” – 3:0 (ilk oyun – 0:1)
Qol: Vind, 4; 53-pen. Falk, 62.

“Şaxtyor” – “Volfsburq” – 3:0 (ilk oyun – 2:1)
Qol: Moraes, 89; 90+3. Solomon, 90+1.

“İnter” – “Xetafe” 2:0
Qol: Lukaku, 33. Eriksen, 83.

“Mançester Yunayted” – LASK 2:1 (ilk oyun – 5:0)
Qol: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi