23 oktyabr 2024. Çərşənbə

Avropa Liqasında 1/4 finalçılar bilindi


  • Avroliqa
  • 01:11 07.08.2020
  • Oxunma sayı: 322
Avropa Liqasında 1/4 finalçılar bilindi
 Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, ikinci oyun günündə də 4 qarşılaşma keçirilib.
 
Səfərdə “Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş “Bayer” bu üstünlüyü öz meydanında da qoruyub və növbəti mərhələyə yüksəlib.
 
Bu görüşlə eyni saatda start götürən digər matçda “Sevilya” öz meydanında  “Roma”yla münasibətlərinə aydınlıq gətirib. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salınmışdı. Bu üzdən də tərəflər cütün qalibini neytral meydanda – Almaniyada keçiriləcək tək oyunda müəyyənləşdirib. Daha inamlı oynayan Əndəlüs təmsilçisi 1/4 finala adını yazdırıb.
 
Frankfurtda “Ayntraxt”a 3 cavabsız qolla qalib gələn “Bazel” rəqibini öz meydanında da üstələyib.
 
Gecənin digər oyununda isə millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” öz meydanında  “Olimpiakos”u qəbul edib. Minimal hesabla qalib gələn İngiltərə təmsilçisi mərhələ adlayan tərəf olub.
 
Avropa Liqası
1/8 finalın cavab oyunları
 
6 avqust
 
“Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya) 1:0
Qol: Dyabi, 51.
İlk oyun – 3:1
 
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) 2:0
Qol: Reqilon, 22. En Nesiri, 44.
İlk oyun keçirilməyib
 
“Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya) 1:0
Qol: Frey, 88.
İlk oyun – 3:0
 
“Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 1:0
Qol: R.Ximenes, 9-pen.
İlk oyun – 1:1.
 
 
 1/4 finalda “Mançester Yunayted” “Kopenhagen”lə görüşəcək.
 
 Şaxtyor” 1/4 finalda “Bazel”lə qarşılaşacaq.
 
 “İnter” növbəti mərhələdə “Bayer”lə üz-üzə gələcək.
 
“Vulverhempton” isə “Sevilya”ya qarşılaşacaq






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi