23 oktyabr 2024. Çərşənbə

Rəqibi detallarına kimi analiz edəcəyik


  • Avroliqa
  • 16:19 10.08.2020
  • Oxunma sayı: 307
Rəqibi detallarına kimi analiz edəcəyik

"Hansı rəqibin düşməsindən asılı olmayaraq oyunun Bakıda keçirilməsini istəyirdim". 

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Şkupi" komandası ilə oyun barədə danışarkən deyib. 

43 yaşlı mütəxəssis bildirib ki, futbolçular doğma meydanda oynadıqları zaman daha inamlı olurlar. Məmmədov bu amilin çox önəmli olduğunu diqqətə çatdırıb: "Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik".

Qeyd edək ki, "Neftçi" - "Şkupi" matçı 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi