23 oktyabr 2024. Çərşənbə

Sumqayıt'ın baş məşqçisi püşkün nəticəsini dəyərləndirdi


  • Avroliqa
  • 16:22 10.08.2020
  • Oxunma sayı: 294
Sumqayıt'ın baş məşqçisi püşkün nəticəsini dəyərləndirdi

"Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır".

Corner.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirən mütəxəssis rəqibi analiz etdiklərini bildirib: "Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq".

Abbasov Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əllərindən gələni etməyə çalışacaqlarını deyib.

Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi