23 oktyabr 2024. Çərşənbə

İnter və Mançester Yunayted yarımfinalda


  • Avroliqa
  • 09:09 11.08.2020
  • Oxunma sayı: 302
İnter və Mançester Yunayted yarımfinalda
Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, bu mərhələdə cütlərin taleyi bir oyundan ibarətdir. Qərara əsasən, oyunlar Almaniyanın müxtəlif şəhərlərində keçirilir.
 
İlk oyun günündə iki qarşılaşma keçirilib.  “Mançester Yunayted”  Kölndə  “Kopenhagen” ilə qarşılaşıb və çətin qələbə qazanaraq yarımfinala  adlayıb.
 
 “İnter”i isə Dusseldorfda “Bayer”lə (Leverkuzen) üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda  Milan təmsilçisi yarımfinala adlayan tərəf olub.
 
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək.
 
Avropa Liqası
1/4 final
10 avqust
 
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: B.Fernandes, 94-pen.
 
“İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) 2:1
Qol: Barella, 15. Lukaku, 21 – Haverts, 24






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi